Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:21

Gürcüstan hökuməti iyulun 23-də qaldırılmış elektrik enerjisinin subsudiyalaşdırılmasını müzakirə edib.

Məsələyə baş nazir İrakli Garibashvilinin başçılığı ilə iqtisadi bloka daxil olan nazirlərin işçi görüşündə baxılıb.

Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə energetika naziri Kakha Kaladze, maliyyə naziri Nodar Khaduri və iqtisadiyyat və inkişaf naziri Georgi Kvirikashvili iştirak edib.

Hökumət yaxın günlərdə cəmiyyətə qiymətlərin subsidiyalaşdırılması ilə bağlı plan təqdim ediləcəyini vəd edib.

Baş nazir bundan əvvəl elektrik haqqının subsidiyalaşdırılması, əhalinin yükünün azaldılmasıilə bağlı bütün mümkün imkanlara əl atılacağını,və aztəminatlı ailələrə mütləq kompensasiya veriləcəyini bildirmişdi.

İrakli Garibashvili bildirib ki, indiki hökumət 3 illik hakimiyyəti dövründə sosialyönlü hökumət olduğunu sübut edib.

Milli Tarif Şurası“EnergoPro” nun müraciətinə əsasən elektrik enerjisinin qiymətini təxminən 33 faiz qaldırıb.

Yeni tariflər avqustun 1-dən dekabrın 31-dək qüvvədə olacaq.

Buisə ölkədə böyük narazılığa səbəb olub və hökumət aztəminatlı ailələrə kompensasiya veriləcəyini vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG