Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:36

«Qarabağ» 133-cüdür


«Qarabağ» azarkeşləri
«Qarabağ» azarkeşləri


-
«Qarabağ» komandası UEFA futbol klublarının yeni reytinq siyahısında 133-cü yerdədir. «Qarabağ»ın 11.375 xalı var.

Bundan əvvəl komanda 139-cu pillədə idi.

«Qarabağ» Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsində Monteneqronun «Rudar» klubuna qalib gələndən sonra altı pillə irəliləyib.

Azərbaycanın digər komandaları – «Neftçi» (9.125) 158-ci, «İnter» (4.375) 274-cü, «Xəzər-Lənkəran» (3.875) 290-cı, «Qəbələ2 (3.125) 329-cu, «Bakı» və AZAL (hər ikisi 2.625) 354-cü pillədədir.

XS
SM
MD
LG