Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31

Rusiyanın baş naziri Dimitry Medvedev ilin sonunda ölkə iqtisadiyyatının dircələcəyini gözləyir.

O həmçinin cənub-şərqi Avropadakı dost ölkələrlə iqtisadi əlaqələrin yaxşılaşacağını ümid edir.

Medvedev bunu iyulun 23-də Sloveniyanın RTV televiziyasına müsahibəsində deyib:

“Hesab edirəm ki, iqtisadiyyat 2015-ci ilin sonu və 2016-ci ilin əvvəllərində artım yoluna dönəcək və bu bizim bir sıra iqtisadi məsələləri həll etməmizə imkan yaradacaq”.

Medvedev bildirib ki, iyulun 26-da Sloveniyaya səfər edəcək.

Baş nazir Sloveniyaya “Türk axını” qaz layihəsinə qoşulmağı təklif edib:

“Sloveniya Türkiyə ilə Yunanıstan arasındakı anbarlardan qazın daşınması və Avropaya yayılmasına kömək etməklə bu layihədə vacib rol oynaya bilər”.

Medvedev qeyd edib ki, artıq Macarıstan və Serbiyada daxil olmaqla bir sıra ölkələr bu layihəyə maraq göstərib. Ona görə də Sloveniya liderlərinin bu məsələyə diqqətlə baxmasını məsləhət görürəm-deyə o vurğulayıb.

Qeyd edək ki, Yunanıstan bu yaxınlarda “Türk axını” qaz layihəsinə qoşulub.

Sənədi iyunun 19-da Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG