Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:19

-

ABŞ Dövlət katibi John Kerry ABŞ konqresmenlərinə xəbərdarlıq edib ki, İran nüvə sazişinin rədd edilməsi bu ölkəni atom silahı etməsinin sürətləndirilməsi yolunda “böyük yaşıl işıq” yandırmış olar.

Kerry iyulun 23-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində danışıb. Deyib ki, Konqres birtərəfli şəkildə İranla dünya güclərinin nüvə sazişini rədd etsə, Vaşinqton Tehranın nüvə proqramı üzrə razılaşdırılmış hər bir məhdudiyyətdən geri çəkilmiş olacaq. Saziş iyulun 14-də Vyanada razılaşdırılıb.

“İki seçim arasındayıq: bir tərəfdə İranın nüvə proqramının məhdudlaşdırılması, nəzarət altında saxlanması, ümumiyyətlə dinc məqsədli olması dayanır, digər tərəfdə isə heç bir saziş yoxdur. Seçim budur,” Kerry deyib.

Kapitolidə belə bir narahatlıq var ki, İran nüvə təftişlərindən yayınacaq və sanksiyaların yüngülləşdirilməsindən qazanacağı milyardları Yaxın Şərqdə sabitsizlik yaratmaq cəhdlərinə xərcləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG