Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

-

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hökumətini araşdırmaçı jurnalist Xədicə İsmayılovanı dərhal azadlığa buraxmağa çağırır. Xədicə ötən ilin dekabrından mənimsəmə, vergidən yayınma, səlahiyyətdən sui-istifadə və digər ittihamlarla həbsdə yatır.

Jurnalist İsmayılovanın məhkəməsi iyulun 24-də başlanır. CPJ və digər beynəlxalq mətbuat azadlığı təşkilatları inanırlar ki, jurnalistə qarşı ittihamlar onun hökuməti korrupsiyasından yazılarına qarşı qisasçılıqdır.

“Azərbaycan düzgün olanı etməli, Xədicə İsmayılovanı və ölkədəki digər həbsdə olan jurnalistləri azadlığa buraxmalıdır,” CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib. “Bu, ötən aykı Avropa Oyunlarına zamanı Azərbaycanın zədələnmiş imicini düzəltmək üçün vacib addım olardı”.

CPJ qeyd edir ki, Azərbaycan Avropa və Orta Asiya ölkələrində jurnalistlərin ən çox həbsdə olduğu ölkələr sırasındadır. Azı 7 jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

Hakimiyyət təmsilçiləri isə ölkədə peşəsinə görə həbsdə yatan jurnalistin olmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG