Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41

Təşkialtın bəyanatında deyilir ki, bu, Azərbaycan üçün ləkələnmiş imicini təmizləmək istiqamətində ilk həlledici addım olardı.

Nyu Yorkda mənzillənmiş Jurnalistləri Müdafiə Komitəsi (The Committee to Protect Journalists – CPJ) Azərbaycan hakimiyyətini dekabr ayından bəri mənimsəmə, vergidən yayınma və səlahiyyətlərini aşma kimi ittihamlarla həbsdə olan təhqiqat jurnalisti Xədicə İsmayılovanı dərhal azad etməyə çağırıb.

Xədicə İsmayılovanın məhkəməsi cümə günü keçirilməldir.

CPJ və başqa beynəlxalq mətbuat azadlığı qrupları İsmayılovaya qarşı ittihamların saxta olduğuna inanır və bildirirlər ki, jurnalist Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini faş etdiyinə görə ittiham olunur.

“Azərbaycan düzgün olanı etməli, Xədicə İsmayılovanı və digər məhbus jurnalistləri azad etməldir, - deyib Jurnalistləri Müdafiə Komitəsi Avropa və Mərkəzi Asiya Proqramının koordinatory Nina Ognianova.

O deyib ki, bu, Azərbaycan üçün ləkələnmiş imicini təmizləmək istiqamətində ilk həlledici addım olardı.

Komitənin bəyanatında deyilir ki, “Avropa və Mərkəzi Asiyanın aparıcı jurnalist məhbəsçisi olan Azərbaycan hazırda ən azı başqa yeddi jurnalsiti peşələri ilə bağlı məhbus edib.

Sənəddə həmçinin xatırladılır ki, Azərbaycan dünyanın ən sərt senzura tətbiq edən on ölkəsi sırasındadır.

Qeyd olunur ki, hakimiyyət habelə mətbuat azadlığı müdafiəçilərini ya özünüsenzuraya, ya da siyasi motivli mühakimədən yaxa qurtarmaq üçün mühacirətə getməyə məcbur edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG