Keçid linkləri

Təcili xəbərlər

YouTube televizoru məhv edir


-

Araşdırma göstərib ki, indi uşaqları cəzalandırmaq üçün tabletlərini əllərindən alırlar və onları televizorun ümidinə qoyurlar –“televizor cəzası” ilə böyüyən nəsil yetişir.

Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
Direct-ə keçid

YouTube nəhəngə çevrilir

YouTube saytı artıq tamaşaçı sayına görə ABŞ-ın bütün kabel televiziyalarını ötüb: əsas tamaşaçı auditoriyası - 18-49 yaşlılar arasında ən çox baxılan platforma məhz YouTube-dur.

YouTube-un sahibi olan Google şirkətinin məlumatına görə, son bir ildə YouTube-un ana səhifəsinin ziyarətçilərinin sayı üç dəfə artıb. Üstəlik, son bir ildə bir ziyarətçinin saytda keçirdiyi vaxt 60 faiz çoxalıb.

YouTube-a mobil cihazlardan girişin statistikası bir il ərzində iki dəfədən çox yüksəlib.

Sayta mobil cihazdan girənlər burda 40 dəqiqədən çox vaxt keçirirlər, bu da son bir ildə 50 faiz artım deməkdir.

Bizlər artıq divanda uzanıb, saatlarla böyük televiziya ekranının qarşısında vaxt keçirmirik.

Əlvida, televizor!

Bu rəqəmlər video kontentin mənimsənilməsi ilə bağlı baş verən dəyişikliyi aydın göstərir. Bizlər artıq divanda uzanıb, saatlarla böyük televiziya ekranının qarşısında vaxt keçirmirik.

Biz başqa platformalara köçmüşük- telefonların və tabletlerin ekranlarına. YouTube-da bir istifadəçinin qalma vaxtının 40 dəqiqəni keçməsi o deməkdir ki, biz artıq bu sayta bir videoya baxıb getmirik, videolar dalbadal düzülüb, biz də onlara məmnuniyyətlə baxırıq.

Gənc istifadəçilər üçün isə YouTube artıq TV-ni tam əvəz edib. Miner&Co –nun araşdırmasına görə, valideynlərin 57 faizi uşaqlarının əyləncə proqramlarına TV-də yox, mobil cihazlarda baxmaq istədiklərini deyiblər.

“Televizor cəzası” ilə böyüyən nəsil yetişir

Uşaqların 58 faizinin özünün şəxsi tableti var. Araşdırma göstərib ki, uşaqların yarısını cəzalandırmaq üçün tabletlərini əllərindən alırlar və onları televizorun ümidinə qoyurlar –“televizor cəzası” ilə böyüyən nəsil yetişir. ABŞ-da yeniyetmələr də YouTube ulduzlarını Hollywood ulduzlarından daha çox bəyənirlər.

ABŞ-da yeniyetmələr də YouTube ulduzlarını Hollywood ulduzlarından daha çox bəyənirlər.

4G xidməti genişləndikcə, mobil telefonların ekranları böyüdükcə böyüklər də TV-dən YouTube-a köçürlər.

eMarketer-in araşdırmasına görə, 2015-ci ildə ABŞ-da böyüklər hər gün 5 saat 31 dəqiqələrini videoya baxaraq keçirirlər. Bunun isə 1 saat 16 dəqiqəsi kompüter və mobil cihazlarda baxılan video parçaların payına düşür.

YouTube-un tamaşaçıları artdıqca reklamvericilərin də sayı çoxalır: Son bir ildə YouTube-un reklamı 40 faiz yüksəlib.

Hərçənd bu ilin əvvəlində “Wall Street Journal”yazmışdı ki, YouTube mənfəətlə işləmir.

“Google” isə bu haqda sualdan yayınıb, bildirib ki, YouTube-un izləyicilərinin artması reklamvericilərin sayını artıracaq.

XS
SM
MD
LG