Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52

-


"22 ildir ki, 2-ci qrup əliləm. 3 dəfə əməliyyat olunmuşam. İmkanım yoxdur ki, bu tavanı düzəldim. 1600 manat xərci var. Yoldaşım insult keçirib, özüm də xəstə. Dərmanlara pul çatdırmıram, bu evi necə düzəldim?"

Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən yataqxanada yaşayanlar deyirlər ki, qış gəldi, otaqlarını vedrələr, vannalar "bəzəyir". Çünki yağan yağışlar yararsız tavanlardan düz evin içərisinə axır. Yataqxana sakini Səyyarə Qurbanova deyir ki, onlara sahib çıxan hökumət qurumu yoxdur. Bina dağılıb əldən gedir. Sakinlər hökumətdən yardım istəyirlər ki, küçədə qalmasınlar. Ancaq demələrinə görə, onlara cavab verilir ki, maliyyə imkanı yoxdur, evlərinizi özünüz təmir etməlisiniz.

"20 ildən çoxdur ki, bu evlərin damına qır tökülmür. Ən çox xərci isə üçotaqlı evlər aparır".

"BİZİMLƏ HEÇ KƏS MARAQLANMIR"

Binada yaşayan Sevinc Xəlilova da eyni problemdən gileylənir. Deyir, baxımsızlıqdan və su sızmalarından mənzillərin tavanları, divarları, döşəmələri sıradan çıxıb. Onun sözlərinə görə, rütubətdən bina sakinləri ilin 12 ayını xəstə yatırlar:

"Heç kəs gəlib maraqlanmır. Özümüz də bir iş görə bilmirik, çünki təqaüdlə dolanırıq. Hökumət təmir etməlidir. Tək biz deyilik, binada bütün evlər bu gündədir".

3-cü mərtəbədə yaşayan Çəmən Abbasovanın isə deyəsən "bəxti" bir balaca gətirib. Bu işlərlə birbaşa məşğul olmalı qurumun – inzibati ərazi idarəsinin məsul şəxslərindən biri onun qonşusu olub. Deməsinə görə, xahiş-minnətlə evini təmir etdirə bilib:

"80-ci illərdən burdayıq. Bir az yoldaşım kömək etdi, bir az da "JEK". Birtəhər düzəltdik. İndi başımıza su tökülmür".

Bina sakini Ziyafət xanım da qonşularından geri qalmır. Yağış yağanda qonşuları kimi o da mənzilinə vedrələr düzür:

"Tol" da vurmuşuq, xeyri yoxdur, yenə su damır. Yağış yağanda binanın girişi də su ilə dolur. Ailədə 6 nəfərik, azyaşlı nəvələrim də burda yaşayır. Bilmirik dərdimizi kimə deyək, nə edək".

Sabunçu rayon icra hakimiyyəti isə deyir, özəlləşdirilmiş evləri abad etmək onların vəzifəsinə daxil deyil.

"Biz binanı düzəldirik, evlərin içərisini özləri düzəltməlidir. Evləri təmir etmək bizlik deyil".

HÜQUQŞÜNAS DEYİR, İCRA HAKİMİYYƏTİNİN BORCUDUR Kİ...

Hüquqşünas Namizəd Səfərov isə icra başçısından fərqli olaraq sakinlərin tələbini haqlı sayır. O, deyir ki, indiki vəziyyətdə sakinlər komissiya tələb edə bilərlər. Mənzillərin tavandan axan yağış sularından yararsız vəziyyətə düşdüyü təsdiqini tapsa, o zaman evləri icra hakimiyyəti təmir etdirməlidir:

"Hətta icra başçısının dediyi kimi, hazırda binanın damı təmir olunubsa, təsdiqini tapsa ki, mənzillərə zərər bundan əvvəl – yəni binaların tavanının pis gündə olması səbəbindən dəyibsə, mənzillərin təmir məsələsi icra hakimiyyətinin üzərinə düşür".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG