Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:15


-


"Uzun illərdir ki, əlil kimi ev növbəsindəyəm. Dəfələrlə rayonun icra hakimiyyəti başçısının qəbulunda olmuşam. Deyir, məndə ev yoxdur".

Mingəçevir sakini Tamara Ağayeva 2-ci qrup əlildir. Uzun illərdir kirayədə yaşayır. İstəyi rayonda tikintisi yenicə başa çatmış əlillər üçün binadan 1 otaqlı mənzildir:

"Mingəçevirdə bununla dneçənci binadır tikib, əlillərə, şəhid ailələrinə paylayırlar. Mən də müharibə əlilinin qızıyam, heç kəsim yoxdur. Özüm də ikinci qrup əliləm. Böyrəklərim işləmir, ürək əməliyyatı keçirmişəm, ciyərlərim də sıradan çıxıb. Məni heç yerdə işə götürmürlər. 135 manat təqaüd alıram, çox hissəsi kirayəpuluna və kommunal xərclərə gedir. Bilmirəm canımın hayına qalım, yoxsa evsizliyin".

Xanım mənzil problemini həll etmək üçün Prezident Administrasiyasına da gedib. Ancaq deməsinə görə, ona bildirilib ki, rayona qayıdıb bu məsələni icra başçısı ilə özü dil taparaq həll etsin:

"Pulsuz ev yoxdur. Şəhid ailələri və əlillər üçün tikilmiş binalardan ev əldə etmək üçün də rüşvət vermək lazımdır. Dil tapmaq da odur ki, gərək rüşvət verəm. Pulum olsaydı, elə ev bazarına gedərdim, evi ordan alardım. Əlillər üçün evlər tikilir və rüşvətlə satılır".

Mingəçevir İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirdilər ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota dayanan vətəndaşlara, yaşayış sahələri inşa edilən yaşayış binasının təyinatı nəzərə alınmaqla növbəlilik qaydasında verilir. Tamara Ağayevanın növbəsi hələ yetişməyib. Ona torpaq sahəsi təklif olunsa da istəməyib. Əlil isə deyir ki, təklif olunan torpaq sahəsi mərkəzdən çox kənarda olduğuna görə razı deyil:

"Mənə elə yerlərdən torpaq sahəsi təklif olunur ki, o ərazidə yaşayış yoxdur. Nə suyu, nə qazı, nə işığı yoxdur. Əlil və tək adamam, mənə şəraitli, ətrafında adamlar yaşayan ev lazımdır».

Əlilin istədiyi odur ki, müharibə iştirakçıları və əlillər üçün yeni tikilmiş binanın mənzilləri də paylanacaq. Çox arzulayır ki, o binadan ona da mənzil payı düşsün.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG