Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

- “Bir xalqı onun yollarında gəzməklə tanıdığın kimi, heç cür tanıya bilməzsən"

12 yol romanı əsasında

ABŞ-da yol-səyahət ədəbiyyatının böyük ənənələri var.

Yolları təsvir edən və yollarda cərəyan edən o qədər roman var ki, bu günlərdə könüllülər ən məşhur bədii əsərlərdə təsvir olunan yolların - epik yolların xəritəsini hazırlayıblar.

Burada Mark Twain, F. Scott Fitzgerald, Ted Conover, Cheryl Strayed, Peter Jenkins, Bill Bryson, William Least Heat Moon, Jack Kerouac, Robert Pirsig, Tom Wolfe kimi müəlliflərin səyahət-yol kitablarında təsvir olunan yollar göstərilir.

Xəritəyə burada baxmaq olar.

“Bir xalqı onun yollarında gəzməklə tanıdığın kimi, heç cür tanıya bilməzsən.

Yolları gəzmək bir ölkənin geniş düzlərilə, rəngarəng və zəngin varidatıyla, ən əsası məqsədli insanlarıyla göz-gözə gəlmək imkanı verir” – 150 bundan əvvəl bu sözləri yazmış Samuel Bowles “Qitə boyu” adlı əsərilə yol ədəbiyyatının ilk nümunəsini yaratmış yazıçı hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG