Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Mağazası sökülmüş, özü lombardların dil-ağzında qalan sahibkar...


Arxiv fotosu

Arxiv fotosu

-

"2 il əvvəl dekabrın əvvəli gəlib iki mağazamızı sökdülər. Malları daşımağa da macal vermədilər. Sənədli, qanuni mağazalarımızı yerlə-yeksan edib getdilər, adını da qoydular ki, Xızıda abadlaşma işləri aparırıq”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Xızı sakini Elvin Abbaszadə deyir. O, Xızının mərkəzi küçəsində fəaliyyət göstərən, biri anasının, digəri qardaşının mülkiyyətində olan mağazaların sökülməsini pisləyir:

SÖKƏ SÖKƏ GEDİRLƏR

“Sahibkarların dükanlarını sökə-sökə gedirlər. Tam sənədli iki dükanımızı hec bir əsas olmadan məhkəməyə verib sökdürdü. Qardaşımla anamın adına olan mağazalar bir-birinə bitişik idi. Arakəsmə ilə ayrılırdı. Həmin hissəni də dekabrın 10-da anamın adına olan hissəyə qatıb sökdülər".

Şikayətçinin demısinə görə, dükanları işlətmək üçün bir neçə bankdan götürdükləri kreditləri ödəyə bilmirlər:

“Hətta icra məmurları dükanın içərisində ola-ola ağır texnika qoyub dağıdıb tökdülər. Malları necə gəldi çıxarıb çölə atdıq. Dükanlardan aylıq gəlirimiz 2000-2500 manat idi. Hər ay bir neçə banka krediti həmin gəlirdən ödəyirdik. Qızıllarımız da lombardda batıb gedir. 2 ildir ki, borc-xərcə girib lombardın faizini ödəyirik. Qızıllarısa çıxara bilmirik”.

Ailə üzvləri Sumqayıtda vətəndaşların qəbulunu keçirən fövqəladə hallar nazirinin da qəbulunda olublar. Ancaq faydası olmayıb.

Xızı rayon icra hakimiyyəti 2 il əvvəl məhkəmədə iddia qaldırıb ki, Elvin Abbaszadəyə məxsus mağaza sökülsün. Məhkəmə də abadlıq işlərinə görə məhkəmənin sökülməsi barədə qərar çıxarıb.

MƏHKƏMƏNİN QƏRARI VAR

İcra hakimiyyəti iddianı belə əsaslandırır:

“Xızı şəhəri ətrafında yerləşən sahələr baş plana uyğun olaraq layihə əsasında dövlət ehtiyacları üçün nəzərdə tutulub. Buna görə də zəruri tədbirlər keçirilməsi üçün prospektin ətrafında abadlıq işləri aparılıb. Əvvəllər tikilmiş tikililərin sahiblərinə kompensasiya verməklə baş plana uyğun oalraq müəyyənləşdirilmiş başqa yerlərdə torpaq sahələri ayrlıb”.

İcra hakimiyyəti iddia ərizəsində kompensasiya ilə yanaşı kiçik sahibkarın dükan tikib fəaliyyətini davam etdirməsi üçün başqa yerdə torpaqla təmin edəcəyini də öhdəlik kimi götürüb. Ancaq məhkəmə sahibkara yalnız 7 min manat kompensasiya ödənilməsi ilə bağlı qərar çıxarıb.

Lakin sahibkar hesab edir ki, kompensasiyanın məbləği azdır. İndi sahibkar kompensasiya davasını yuxarı instansiya məhkəmələri ilə aparmağa qərar verib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG