Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37

Qış gələndə adına "ölü kənd" deyirlər...


Macedonia - Landslide on the road tnear the village Shtavica - May2015

Macedonia - Landslide on the road tnear the village Shtavica - May2015

-

Qış gələndə ümumiyyətlə, rayon mərkəzi ilə əlaqə kəsilir. Bu kənd ölü kəndə çevrilir. Hamı bura "ölü kənd" deyir. Hər kəs burdan xəbərsiz, burdakılar da dünyadan xəbərsiz, beləcə yaşayırıq... Halbuki, bütün bunların başında bir neçə kilometrlik yolun abad edilməsi dayanır".

Bunu Lənkəranın Ləj kəndinin sakinləri deyir. Ötən qış da "Qaynar xətt"ə müraciət etmiş sakinlər hələ də yolların düzəlmədiyini deyirlər.

“Kəndimizin yeganə giriş-çıxış yolu bərbad gündədir. Bu yolları İpək yolu çəkən bir Türkiyə şirkəti belə vəziyyətə salıb. Kəndi rayonla bağlayan yeganə yoldan qışda ümumiyyətlə istifadə etmək mümkün deyil. Darmadağın ediblər”.

Kəndlə Haftuni qəsəbəsini birləşdirən yol 1 ildən çoxdur ki, İpək yoluna görə oradan şütüyən işləyən ağır tonajlı maşınlar tərəfindən bərbad vəziyyətə düşüb:

Kənd sakinlərinin sözlərinə görə, yolun əvvəllər də təmirə ehtiyacı olub. Ancaq lap bu vəziyyətdə olmayıb. Hər seçkiqabağı yerli məmurlar kəndlilərə yolu təzələyəcəklərini vəd edirlər:

“Oktyabrdan əvvəl gəldilər ki, yollarınız düzələcək. Keçən deputat seçkilərində də belə bir vəd vermişdilər. Ancaq seçkilər bitən kimi söhbət də bağlanır. Bu yuolla Lejdən Haftuniyə, ordan da rayon mərkəzinə gedirik. Yəni rayon mərkəzinə getməyimiz üçün bu yoldan keçməliyik”.

Lənkəran rayon icra hakimiyyətindən bildiriblər ki, İpək Yolunun çəkilişinə görə aparılan işlərlə əlaqədar ­sıradan çıxan yollar tədricən bərpa olunur. Ləjlə Haftunini birləşdirən iki kilometrlik yolun bərpası da nəzərdədir. Ancaq bu, yaxın vaxtlarda işlər başa çatandan sonra baş tutacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG