Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:36

-

“1993-cü ildən alnımıza köçkünlük yazılıb. Sabunçu rayonunda bir ünvana qeydiyyata düşmüşük, faktiki isə Bayılda bir yarımtikilidə yaşayırıq. Hansısa şirkət oranı alıb, bizi də məhkəməyə verib. Məhkəmə yarımtikilini boşaltmağımız üçün qətnamə çıxarıb. İndi həyəcanla hər dəqiqə qapımızın icra məmurları tərəfindən döyüləcəyini gözləyirik. Ölkə başçısına buradan səslənmək istəyirəm ki, 4 oğul, 3 gəlin, 7 körpə, bir də ahıl yaşlarında olan ana küçəyə atılır. Hansısa qəbiristanlığa sığınmaqdan başqa çarəmiz yoxdur”.

NƏ ETMƏLİ?


Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Xocalı köçkünü olan Qənirə Babayeva deyir. O, yaxın günlərdə məhkəmə qərarı icra olunarsa, qəbiristanlığa sığınacaqlarını bildirib.

Qənirə xanımın ailəsinin yaşadığı ünvandan çıxarılması üçün məhkəmədə iddia qaldıran Sərvər Mirzəyev isə bildirib ki, köçkün ailəsinin məskunlaşdığı yarımtikili və torpaq sahəsi ona məxsusdur. Uzun müddətdir ki, köçkün ailəsinə yarımtikilini boşaltmaq üçün şəxsən müraciət etsə də, ailə başqa yerə yerləşdirilməyənə qədər oranı tərk etməyəcəyini bildirib. O da köçkün ailəsinin yarımtikilidən çıxarılması üçün məhkəmədə iddia qaldırıb.

QƏTNAMƏ VARSA, İCRA OLUNMALIDIR

Səbail rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, məhkəmə qətnaməsinə şərh verə bilməzlər. Məhkəmə hesab edibsə köçkün ailəsi mübahisə yerdən çıxarılsın, yerli icra hakimiyyətinin qətnamə üzərindən nə isə deməsinə qanun yol vermir. İcra Hakimiyyətindən hesab edirlər ki, köçkün ailəsinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sahib çıxmalıdır. Elə Səbail İcra Şöbəsindən də Komitəyə məhkəmə qərarının icrası üçün məktub göndərilib və xahiş olunub ki, Komitə köçkün ailəsini başqa yaşayış yeri ilə təmin olunması üçün yerli icra hakimiyyəti ilə birlikdə addım atsın.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG