Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

Qazaxıstanın Alma-Atı şəhərinin ətrafında yüzlərlə sakin uçqun və palçıq axınına görə köçürülüb.

Bir neçə gün davam edən istilərdən sonra şəhərin ətrafındakı dağlarda buz əriməyə başlayıb. Nəticədə ətrafdakı göl dolub və Karqalı çayı məcrasından çıxıb və nəticədə onlarla evə ziyan dəyib.

İtki və ya xəsarət alan yoxdur.

Palçıq axınının Naurzbay rayonuna çatdığı xəbər verilir.

Çayın qarşısını kəsən səd hələlik tab gətirsə də dağıla da bilər.

Şəhər rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib və hadisə yerinə vertolyotlarla 2 minə yaxın xilasedici göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG