Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:21

«Yeni Müsavat» qəzeti yazır ki, Avropa Birliyi ilə «Yaxın Qonşuluq» siyasəti ilə bağlı Fəaliyyət Planına imza atan Azərbaycan birlik qarşısında Qarabağ münaqişəsini yalnız sülh yoluyla həll etmək, müharibə etməmək barədə beş illik öhdəlik götürüb. Müəllifin həmsöhbəti konfliktoloq Arif Yunus belə bir öhdəliyin götürülməsini xəyanət kimi qiymətləndirənlərlə razılaşmasa da, hesab edir ki, bu məsələdə tələskənliyə yol verilib: «Burda əsas məsələ Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Bizim imzaladığımız sənəddə ərazi bütövlüyümüzün tanınması ilə bağlı məsələ dəqiq deyil. Orda qeyd olunub ki, beş il müddətinə müharibə olmasın və münaqişə sülh yolu ilə həll olunsun. Amma yazılmayıb ki, münaqşə hansı prinsip əsasında həll olunmalıdır». Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə Azərbaycanın Avropa Birliyi qarşısında üzərinə belə bir öndəlik götürməsinə təəssüfünü ifadə ebib və bildirib ki, bu, güzəşt mövqeyindən çıxış etməkdir.


«Ayna» qəzetindəki «Moskvanın NATO razılığı» başlıqlı məqalədə NATO Parlament Assambleyasının (PA) Kanadanın Kvebek şəhərində keçirilən 52-ci illik sessiyasında «Cənubi Qafqazda NATO-nun rolu» adlı sənədin qəbulu şərh olunub. Müəllif yazır ki, Azərbaycan diplomatiyası üçün faydalı bir çox məqamların əks olunduğu sənəd NATO-nun Cənubi Qafqazda möhkəmlənmək istəyindən ciddi narahat olan Rusiya siyasətçilərinin də diqqət mərkəzindədir. Rusiya Dövlət Dumasının Federasiya Şurasının üzvü, bu qurumun Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin müavini Vasili Klyuçenok sənədi «Rusiyaya qarşı hücum kimi xarakterizə olunacaq müddəalardan uzaq» məruzə kimi dəyərləndirib. Onun fikrincə, sənəd «yetərincə təmkinli xarakter» daşıyır. Rusiya rəsmisi sənəddə NATO ideologiyasına xas ənənəvi xarakterin mövcudluğu və Cənubi Qafqazdakı münaqişələrin həlli zamanı Rusiya - NATO münasibətlərinin sistemli təhlilinin aparılmadığından da şikayətlənib.


«Bi­zim tə­lə­bi­miz Sa­mir Sə­da­qə­toğ­lu ilə Ra­fiq Ta­ğı­nın ar­xa­sın­da han­sı qüv­və­lə­rin da­yan­dı­ğı­nın üzə çı­xa­rıl­ma­sı və on­la­rın is­tin­ta­qa cəlb olun­ma­sı­dır». Bu söz­lə­ri «Şərq» qəzetinin əmək­da­şı ilə söh­bə­tin­də İs­lam Par­ti­ya­sı­nın səd­ri Ha­cı Ha­cıa­ğa Nu­ri­yev de­yib. Pro­se­sin on­la­rın is­tə­di­yi şə­kil­də get­di­yi­ni vur­ğu­la­yan cənab Nu­riyev, həm­çi­nin qeyd edib ki, adı­çə­ki­lən şəxs­lə­rin cə­za­lan­dı­rıl­ma­sı­nın tə­rəf­dar­la­rı is­tin­ta­qın nə­ti­cə­sin­dən son­ra söz­lə­ri­ni de­yə­cək­lər: «He­sab edi­rik ki, hə­min qə­ze­tin nəş­ri da­yan­dı­rıl­ma­lı­dır. Bü­tün əla­qə­li şəxs­lər ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb olun­ma­lı­dır. Bu­ra­da söh­bət tək­cə iki nə­fə­rin həbs olun­ma­sın­dan get­mir. Hə­min şəxs­lə­rin hi­ma­yə­çi­lə­ri də ta­pı­la­raq if­şa olun­ma­lı­dır».


«Mərkəz» qəzetindəki «Sement oyunu» başlıqlı məqalədə bildirilir ki, təqribən iki həftə əvvəl sement bazarındakı qeyri-sabit vəziyyəti tənzimləmək üçün İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinin də işə qarışmasına baxmayaraq, bazarda yenə də qıtlıq və bahalıqdır. Satıcılar bildirirlər ki, «Optimal» və «Spesial» sementləri sübh tezdən gətirilir və cəmi yarım saat ərzində satılıb qurtarır. Qiymətlərə gəlincə, şirkətə məxsus satış mərkəzində «Optimal» 5-5.20 manata, «Spesial» isə 6 manata satılır. Müəllif yazır ki, müraciət etdiyi bəzi satış məntəqələrində isə «Optimal»ın 8 manata, «Spesial»ın isə 9 manata satıldığının şahidi olub. Müəllifin yazdığına görə, tikinti bazarında yaranan sement qıtlığının səbəbini kimisi «Qaradağ Sement»də sement bişirən peçlərin kütləvi şəkildə sökülməsi, kimisi isə şirkətin istehsal etdiyi sementin böyük hissəsinin tikilən körpülərdə istifadə olunması ilə izah edir. Gələn ildən qiymətləri qaldırmaq üçün şirkətin süni qıtlıq yaratdığını deyənlər də tapılıb.


XS
SM
MD
LG