Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:07

Biləsuvarın yol dərdi


Biləsuvar-Bəhramtəpə yolu
Biləsuvar-Bəhramtəpə yolu

Şəkli MobilReportyora göndərən istifadəçimiz yazır ki, Biləsuvar rayonunda mərkəzi yol (Biləsuvar-Bəhramtəpə yolu) bərbad vəziyyətə düşüb. Səbəb rayona kanalizasiya çəkilişi üçün 4 il əvvəl başlanan, amma tamamlanmayan işlərdir.

Rayon sakinləri bildirir ki, 4 il əvvəl kanalizasiya üçün qazılan quyular elə o vəziyyətdə də qalıb. Kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də buraxılıb. 4 ildir ki, heç bir iş görülmür.

Rayon sakinlərinin dediklərinə görə əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını xəbərdar ediblər. Amma hələlik yerli rəsmilər bu mövzuda heç bir açıqlama verməyiblər.

Adını çəkməyən internet istifadəçimiz bu fotoları iyulda çəkdiyini yazır.

***

Sən də rastına çıxan maraqlı hadisələri videoya, fotoya çəkib bizə göndərə bilərsən.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

XS
SM
MD
LG