Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

- Qacar qadınları haqda sərgi

Misirin Qatar İslam İncəsənəti Muzeyi (türk) Qacar sülaləsi qadınlarını (1779-1925) işıqlandıran sərgi keçirir.

Sərgi “Qacar qadını: 19-cu əsr İranında qadınlar” adlanır. Həmin dövr qadınlarına aid 40 əşya sərgilənir: zinət əşyaları, bəzəkli mətnlər, qızıl suyuna çəkilmiş mücrülər, rəsmlər, fotolar, iki balaca qəhvə fincanı.

Qacar qadınları sərgisi tamaşaçıların fikirlərindəki arxetipləri zənginləşdirir; burda bir rəsmin kənarında Nadir şah düşmənlə savaşda təsvir edilir, ortada isə bir kişiylə qadın musiqi dinləməkdədir.

Qacarların estetik normaları indiki dövrdən fərqli olub. Bəzi dövrlərdə birləşmiş qaşlar və bığ qadın gözəlliyinin göstəricisi sayılıb.

Bu, qadın gözəlliyinin başqa br konsepsiyasıdır. Sərgidə qadınların kişi kimi geyinərək əyləncəyə getdiyi rəsmlər də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG