Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:53

-

ABŞ və Türkiyə prezidentləri Barack Obama və Receb Tayyip Erdogan razılaşıblar ki, Türkiyə sərhəddini keçərək İslam Dövlətinə (İD) qoşulan xarici döyüşçülərin axınını dayandırmaq üçün birgə işləsinlər. Məlumatı Ağ Ev yayıb.

İki lider iyulun 22-də telefon söhbətində həmçinin İD silahlı qruplaşmasına qarşı əməkdaşlığı dərinləşdirməyə razılaşıblar.

Avropa və Birləşmiş Ştatlardan İD-nə qoşulan minlərlə xarici döyüşçünün çoxu Suriya sərhəddindəki Türkiyə şəhərlərindən keçir. İD İraq və Suriyada böyük əraziləri tutub.

Daha əvvəl Türkiyə qonşu dövlətlər gedən müharibələrə qarışmaq istəmirdi. Ancaq iyulun 20-də Türkiyənin Suriya sərhəddində İD-nin törətdiyi partlayışda 32 nəfər həlak olub. Deyəsən Erdogan daha güclü tədbirlər görmək qərarına gəlib.

Ağ Ev bildirir ki, Obama Surucdakı, eləcə də iyulun 22-də iki türk polisinin ölümü ilə nəticələnmiş hücumu pisləyib, türkiyəli həmkarına başsağlığı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG