Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:40

-

Rusiya Premyer Liqasının təzəlikcə Miss Cazibə adını almış gözəli titulundan məhrum edilib. O, irqçilik və neonasizmə rəğbət bəsləməkdə ittiham olunub.

21 yaşlı Olga Kuzkovaya üç gün öncə verilmiş titul iyulun 21-də əlindən alınıb. Belə ki, internet istifadəçiləri, antiirqçi kampaniyaçılar onun VKontakte sosial şəbəkəsində ziddiyyətli fotolarını aşkarlayıblar.

Fotoların çoxunda Kuzkova ya futbol oynayır, ya sevgilisiylə öpüşür, ya da bədənini göstərir. Ancaq CSKA Moskva azarkeşinin digər xüsusiyyətlərinə işıq salan fotolar da var. Birində Kuzkova sağ əlini qaldırıb. İnternet istifadəçiləri bu hərəkəti nasist salamı adlandırıb və pisləyib.

Şəkil çəkdirdiyi divarda isə 14/88 yazılıb. Bu, irqçilər və neonasist qrupları arasında tez-tez istifadə olunan koddur. Kuzkova-nın səhifəsinə yerləşdirilmiş fotoda svastika taxmış sarışın qadının yəhudiləri və Rusiyanın Şimali Qafqaz regionundan olanları təhqir etdiyi görünür.

Rusiya mediası Kuzkova-nın bir sıra fotoları sildiyini yazır. Ancaq iyulun 22-də VKontakte hesabında həmin fotolardan bir neçəsini görmək mümkün olub.

Miss Cazibə titulu Premyer Liqa çərçivəsində qadın azarkeşlər arasında hər il keçirilən gözəllik yarışmasıdır.

Bir neçə gün öncə Rusiya Premyer Liqasının Moskvada keçirilən yarışında bəzi azarkeşlər afrikalı oyunçuya görə irqçi şüarlar səsləndirib. Ghanaian Emmanuel Frimpong isə onlara barmaq göstərib. O, daha sonra üzr istəsə də, bu insident Rusiyanın 2018-ci il Dünya Çempionatına ev sahibliyinə uyğunluğu barədə sualları yenidən gündəmə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG