Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

-

Gürcüstanın Müdafiə naziri Tinatin Khidasheli deyir ki, ölkəsi Rusiya ilə “diplomatik müharibə”ni uğurla aparır. Ancaq Tbilisi ali məqsədinə – ərazi bütövlüyünün bərpasına o zaman nail olar ki, ölkənin Avropa Birliyinə inteqrasiyası tamamlansın.

Khidasheli iyulun 22-də AzadlıqRadiosuna geniş müsahibə verib. Deyib ki, “Rusiya diplomatik dairələrdə bütün mövqelərini itirdiyi bir vaxtda Gürcüstan yeni dostlar qazanmaqdadır”. Onun sözlərinə görə, Gürcüstan “tədricən Avropaya inteqrasiyaya doğru gedəcək və heç bir təxribat bu prosesi dayandıra və ya yavaşıda bilər”.

Khidasheli deyir ki, “heç kəsin Rusiya barədə illüziyası yoxdur” və “dünyada heç kəs Rusiya haqda tərəfdaş kimi düşünmür”.

Müdafiə naziri Rusiya hərbi qüvvələrini Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin “işğalında” ittiham edib. Onun fikrincə, Tbilisi gözləyir ki, “Rusiya əsgərləri özləri” Gürcüstan sərhədlərini 1992-ci ildəki mövqelərinə qaytaracaqlar və bu, ölkənin “Avropa ailəsi”nə inteqrasiyasından sonra baş verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG