Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

-

İyulun 22-də minlərlə israilpərəst etirazçı Nyu Yorkun Times meydanına çıxaraq Konqresdən tələb edib ki, İranla nüvə sazişinə səs verməsin. Etirazçılara respublikaçı siyasətçilər, yəhudilər, yevangelist xristian qrupları daxil olub. Onlar “Sazişi məhv edin” qışqırıb, sənədi İsrailə və qlobal təhlükəsizliyə hədə adlandırıb.

İranı Dayandır Yürüşünün (Stop Iran Rally) təşkilatçılarından biri Jeffrey Wiesenfeld etiraza 10 min nəfərin qatıldığını bildirib.

Saziş İranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasını və əvəzində Birləşmiş Ştatların iqtisadi sanksiyaları qaldırmasını nəzərdə tutur.

Nyu Yorkun keçmiş respublikaçı qubernatoru George Pataki deyib:

“Biz amerikalıları buraya toplaşmışıq ki, bir səslə İranı dayandır, sazişi rədd elə deyək”.

Harvardın hüquq professor, liberal siyasi baxışlı Alan Dershowitz deyib ki, demokratiya “gözardı edilib,” çünki Obama administrasiyası sazişi konqressiz razılaşdırıb.

XS
SM
MD
LG