Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36

-

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" cavab matçına səfərdə çıxıb.

Ağdam klubu Çernoqoriya çempionu "Rudar"ın qonağı olub. İlk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan komandaların cavab oyununda bir qol vurulub. 57-ci dəqiqədə Ansi Aqollinin ötürməsini qola çevirən Reynaldo Silva "Qarabağ"ı III təsnifat mərhələsinə daşıyıb.

Qeyd edək ki, "Rudar" klubu 1920-ci ildə yaradılıb. 95 yaşlı klub indiyədək 2 dəfə Çernoqoriya çempionluğunu və 3 dəfə ölkə kubokunu qazanıb.

Avrokuboklarda 15 oyun keçirmiş "Qarabağ"ın rəqibi 3 qələbə qazanıb, 4 heç-heçə edib və 8 dəfə məğlub olub (top fərqi - 12:24). Komandaya Mirko Mariç başçılıq edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG