Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:18

"Xanım jurnalist prezidentin verdiyi evdən imtina edib"


Ioana Avadani
Ioana Avadani

-

"Sabit demokratiya mövcud olan ölkələrdə jurnalistlər məqalə yazdıqları şəxsdən kofe də qəbul etmirlər. "

Jurnalistin prezidentdən ev alması, mükafat qəbul etməsi yalnız Azərbaycana xas haldırmı? Dünya jurnalistləri belə hallarda necə davranırlar?

Bu suallarımızı Rumıniya Müstəqil Jurnalistlər Mərkəzinin icraçı direktoru, media etikası üzrə beynəlxalq təlimçi İoana Avadani cavablandırır.

Gözlə

No media source currently available

0:00 0:03:40 0:00
Direct-ə keçid

- Prezidentin verdiyi medal və təltif haqda birmənalı danışmaq olmur. Amma dünyada prezidentin jurnalistə medal verməsi yaxşı hal sayılmır. Amma mənzillərin verilməsi... bunu artıq sorğulamaq olmaz- burda məsələ birmənalıdır. Yüksək rütbəli məmur, prezident Milli Mətbuat Gününü qeyd etmək istəyirsə, mətbuat azadlığını qeyd etməlidir, jurnalistə hədiyyə verməməlidir.

- Nə üçün? Bu niyə problem olmalıdır axı?

- Gəlin sizə bir əhvalat danışım. İllər öncə Rumıniya şəhərlərinin birində bir nüfuzlu mer, bir də nüfuzlu xanım jurnalist var idi. Onlar bir-birlərinə qarşı idilər. Jurnalist merin bulaşdığı korrupsiya hallarını işıqlandırırdı. Bir gün mer onu otağına çağırır və deyir: münasibətlərimizi tənzimləyək gəl, belə davam edə bilməz. Gəl sənə bir mənzil bağışlayım. Xanım jurnalist deyir ki, ona mənzil lazım deyil, yeni mənzilə köçüb. Mer təklif edir ki, jurnalistin qızını yaxşı bir uşaq bağçasına yerləşdirsin.Jurnalist bunu da qəbul etmir.

Onda mer deyir- qoy heç olmasa qəbiristanlıqda sənin üçün yer alım.

Problem burasındadır ki, bağışlanan mənzillər prezidentin şəxsi pulu hesabına alınmayıb, xalqın vəsaitidir.

İkincisi, yazar üçün rəhbərdən bəxşiş qəbul etmək orta əsr ənənəsidir. Bu, sağlam deyil.

Məmurlarla jurnalistlər arasında münasibətlər tənqidi notlarda olmalıdır.Jurnalistlər daha böyük fikirləşməlidirlər.

Bakıda hökumətin jurnalistlər üçün tikdiyi bina
Bakıda hökumətin jurnalistlər üçün tikdiyi bina

- Siz media etikası üzrə beynəlxalq təlimlər keçirsiniz. Qərb ölkələrində belə cəhdlər olurmu - prezident jurnalistləri mükafatlandırırmı?

- Sabit demokratiya mövcud olan ölkələrdə jurnalistlər məqalə yazdıqları şəxsdən kofe də qəbul etmirlər. Əgər müsahibə üçün görüşürlərsə, jurnalist icazə vermir ki, qarşı tərəf ona kofe alsın. Avtomobil və mənzil kimi bahalı hədiyyələrdən isə söhbət gedə bilməz.

Jurnalist və məmurlar arasında heç bir maddi bağ olmamaıdır.

- Bəs bu cür münasibətin, jurnalistdən belə “gözütox” olma gözləntisinin tarixçəsi nədir?

- Yəqin ki, bu gözlənti jurnalistika peşəyə çevriləndən sonra yaranıb. Vaxt keçdikcə ictimaiyyət jurnalistlərdən peşəkar olmağı tələb etməyə başladı. Jurnalistlər məmurlardan etik olmağı tələb etdikləri kimi özlərindən də tələb etməyə başladılar. Bu, mediada sağlam mühiti təmin edir.

Amma belə hallar Qərbdə də olmamış deyil. Bir neçə il əvvəl Rumıniyada bir mer jurnalistlərə zərfdə 100 avro vermişdi, jurnalistlər də onu götürmüşdü.

Amma belə hallar Qərbdə də olmamış deyil. Bir neçə il əvvəl Rumıniyada bir mer jurnalistlərə zərfdə 100 avro vermişdi, jurnalistlər də onu götürmüşdü, demişdilər ki, biz zəhmət çəkirik, əvəzi verilir.

Yəni məmurun niyyəti həmişə pis olmaya bilər, burda söhbət jurnalist peşəkarlığının aşağı səviyyədə olub-olmamasının sınağa çəkilməsindən gedir.

- Bəs jurnalistlərə verilən medal və fəxri adlar barədə nə deyə bilərsiz?

- Medalın mahiyyəti önəmlidir- onu kim verir, kimə verir. Müxtəlif ölkələrdə prezidentlər müxtəlif peşə sahiblərinə medal verirlər. Əgər medal verən adamın reputasiyası yaxşıdırsa, bu yaxşıdır. Medalı qəbul etmək onu verən şəxsi qəbul etmək deməkdir.

XS
SM
MD
LG