Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:01

Rusiya başqa millətlərdən olan işçilərin sayını azaltmaq istəyir


Rəsmi məlumatlara görə, hazırda Rusiyada 12 milyona qədər miqrant var

Rəsmi məlumatlara görə, hazırda Rusiyada 12 milyona qədər miqrant var

Rusiya hökuməti ölkədəki başqa millətlərdən olan işçilərin sayını azaltmaq istəyir. Rusiyanın Federal Miqrasiya Xidmətinin rəsmisi Vyaçeslav Postavnin «BBC»yə müsahibəsində deyib ki, bir ərazidə əmək miqrantlarının sayının yerli əhalinin sayının 17-20 faizini keçməsinə icazə verilməyəcək.


Cənab Postavnin bildirir ki, gəlmələr yerli əhalini narahat edirlər, qaynayıb-qarışmırlar, öz mədəniyyətlərini, adətlərini diktə edirlər. Rusiya ilə viza rejimində olan keçmiş MDB ölkələrinə isə işçi qüvvəsi ilə bağlı kvota müəyyənləşəcək. Bunlar, Türkmənistan, Gürcüstan və Baltikyanı ölkələrdir.


İndi Rusiyada 12 milyona qədər miqrant var. Qeyri-rəsmi məlumata görə, Rusiyada 2 milyon azərbaycanlı işləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG