Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:58

Beynəlxalq Bankda yeni təyinatlar


"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.

"APA-Economics" xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov təyin olunub. O, bu vəzifəni 4 il icra edəcək. E. Məmmədov bundan əvvəl "Azər-Türk Bank"ın İdarə Heyətinə rəhbərlik edib.

Səhmdarların qərarına əsasən, İdarə Heyətinin üzvləri Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyevin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onlar İdarə Heyətinin üzvlüyündən və tutduqları vəzifələrdən azad ediliblər.

Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov İdarə Heyəti sədrinin yeni müavinləri təyin edilib.

M. Şirəliyev səhiyyə naziri Oqtay Şirəliyevin oğludur. O, bunadək "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Ü. Mansurov isə bəstəkar Eldar Mansurovun oğludur. Onun bank sektorunda sonuncu iş yeri "Bank Technique"nin İdarə Heyətinin sədri vəzifəsi olub.

Report İA xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan biri "Kapital Bank" ASC-nin keçmiş, "Azəri-Türk Bank" ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

Elmar Məmmədov 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə və kredit 1994-cü ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, bankın Səbayel filialının müdiri olub. 2004-cü ilin noyabrından “Kapital Bank” ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. “Kapital Bank” ASC Müşahidə Şurasının 5 iyun 2009-cu il tarixli qərarına əsasən, “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2014-cü ildə isə “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilib.

Elmar Məmmədov “Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.

XS
SM
MD
LG