Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:02

Azərbaycan Sterligova cinayət işi açdı


German Sterligov
German Sterligov

-

Azərbaycanın İşğal altında olan ərazilərinə qanunsuz səfər edən rusiyalı milyonçu German Sterligov barəsində cinayət işi açılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun yaydıqları birgə məlumatda bildirilir ki, "German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və ailə üzvləri Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə əlbir olaraq dövlət sərhədi, pasportlar vəmiqrasiya məcəlləsi də daxil olmaqla Azərbaycan qanunlarını kobud surətdə pozaraq 2015-ci il iyulun 4-də erməni qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisinə daxil olublar.

Bundan başqa, qanunsuz rejimi beynəlxalq səviyyədə təbliğ etmək üçün iyulun 13-də Şuşada mətbuat kofransı keçirib və özünə məxsus “V Kontakte” sosial şəbəkəsindəki səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanması, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarı, saxta pul kəsilməsi və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib, qanunsuz biznes fəaliyyəti ilə məşğul olub və ailə üzvlərini də bu işə sövq edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq aparılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG