Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:38

.

“Azərbaycan energetika sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır və biz bu tərəfdaşlığın davam etdirilməsini istəyirik”.

Bunu Avropa Şurasının prezidenti Donald Tusk iyulun 22-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Avropa enerji birliyinin məqsədlərindən biri, qazdan təhlükə kimi istifadə edilməsinin mümkünlüyünü aradan qaldırmaqdır:

“Ukrayna münaqişəsi bu cür təhlükələrin hələ mövcud olduğunu göstərir. Buna görə də Avropa Birliyi təhcizatını şaxələndirmək istəyir və Azərbaycan burda əsas tərəfdaşdır” - deyə o vurğulayıb.

Donald Tusk qeyd edib ki, “Cənub Qaz Dəhlizi bizim ümumi strateji marağımızdır və bir daha razılaşdıq ki, bu məsələdə bir olmalıyıq.

O rəqiblərdən aşlı olmayaraq bu layihənin vaxtında həyata keçiriləcəyinə ümidlə yanaşdığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG