Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:42

“Hazırda Rusiyada 10 milyon 126 min 939 nəfər əcnəbi yaşayır. Bundan əlavə 1 milyondan çox Ukrayna qaçqını gəlib”.

APA-nın məlumatına görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski iyulun 22-də mətbuat konfransında deyib.

O bildirib ki, miqrantların sayına görə Özbəkistan birinci yerdədir, hazırda Rusiyada 2 milyon 145 min 260 nəfər Özbəkistan vətəndaşı var.

İkinci yerdə isə1 milyon 601 min 706 nəfərlə Ukrayna gəlir.

Siyahıda 3-cü yerdə 992 min 170 nəfərlə Tacikistan, dördüncü yerdə 709 min 640 nəfərlə Qazaxıstan, beşinci yerdə 552 min 593 nəfərlə Azərbaycan, altıncı yerdə 543 min 836 nəfərlə Moldova, 7-ci yerdə 534 min 851 nəfərlə Ermənistan, 8-ci yerdə isə 521 min 338 nəfərlə Qırğızıstan qərarlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG