Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

Terrorçu qrupun lideri öldürülüb


Muhsin al-Fadhli
Muhsin al-Fadhli

Suriyadan alınan xəbərlərə görə Xorasan qrupunun küveytli lideri Muhsin al-Fadhli ABŞ təyyarələrinin hava zərbəsi zamanı həlak olub.

Suriyadan alınan xəbərlərə görə Xorasan qrupunun küveytli lideri Muhsin al-Fadhli ABŞ təyyarələrinin hava zərbəsi zamanı həlak olub.

Xorasan qrupu əl-Qaedanın Suriyadakı törəmələrindən sayılır.

Pentaqon rəsmisi bildirib ki, Al-Fadhli iyulun 8-də maşınla Suriyadakı Sarmada şəhərinə gedərkən hədəflənib.

ABŞ Hərbi Dəniz Donanmasının kapitanı Jeff Davis deyib ki, al-Fadhli 11 sentyabrdan əvvəl tanınan azsaylı əl-Qaeda liderlərindən biri idi.

Bəzi xəbərlərə görə ABŞ hərbi təyyarələri onu hələ ötən ilin sentyabrında vurmaq istəyirdi.

Əslində Xorasan qrupu barədə az-çox geniş məlumat da o vaxt mediaya çıxmışdı.

Deyilənlərə görə, bu qrupa əl-Qaedanın Pakistan və Əfqanıstandan keçmiş veteranları daxildir.

ABŞ rəsmiləri bildirirlər ki, onları Suriyaya əl-Qaeda lideri Ayman al-Zawahiri Qərb pasportları olan cihadçıların səfərbərliyə alınması və partlayış missiyaları üçün göndərib.

Bu da bildirilir ki, Xorasan qrupu əl-Qaedanın Suriya bölümü sayılan ən-Nüsra cəbhəsinin sıralarında xidmət edir.

ABŞ dövlət departamenti al-Fadhli-nin həbs olunması və ya öldürülməsi üçün informasiyaya 7 milyon dollar vəd etmişdi.

XS
SM
MD
LG