Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56

Bakı-Novorossiysk işə düşdü


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyulun 22-dən etibarən Bakı-Novorossiysk neft kəmərinin fəaliyyəti bərpa edilib.

Bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun dediyinə görə, iyun ayında bu boru kəməri ilə neft ixracının dayandırılmasına səbəb Bakı NEZ-də aparılan təmir işləri olub:

«Bunun nəticəsində müəyyən həcmdə neft ehtiyatımız yarandı ki, onun da bir hissəsi Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə nəql edildi. Hazırda bütün boru kəmərləri işlək vəziyyətdədir. İstənilən marşrut üzrə istənilən həcmdə neft ixrac edə bilirik. Bu gündən etibarən Bakı-Novorossiysk kəməri ilə neft ixracı bərpa edilib. İl ərzində bu marşrut üzrə 1.5 milyon ton neft ixrac etməyi planlaşdırırıq».

XS
SM
MD
LG