Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:58

Gürcüstanın müdafiə naziri Tinatin Khidasheli Rusiyanı kəskin ittiham edib və onun separatçı bölgəsi Cənubi Osetiya ilə Gürcüstan sərhəddini birtərəfli qaydada dəyişməsini “Berlin divarı” ilə müqaisə edib.

O belə bir bəyanatla öncə NATO-nun iştirakı ilə Vaziani poliqonunda keçirilən hərbi təlim məşqində, sonra isə Avropa Şurasının sədri Donald Tuskla görüşdə çıxış edib.

Khidasheli Qori və Karelsk rayonlarında sərhəddin bəzihissəslərin tikanlı məftillər də daxil olmaqla 3 metrlik səd çəkildiyini deyir.

Bu sədlərin ümumi uzunluğu 1 kilometrə yaxındır.

Sədlərin bir neçə aya Rusiya sərhədçiləri və Cənubi Osetiya təhlükəsialik xidmətinin əməkdaşları tərəfindən çəkildiyi bildirilir.

Bu sədlər bəzi yerlərdə kəndlərdən keçir və sakinləri qəbristanlıqdan ayrı salır.

Donald Tusk Xurvaleti kəndində olub.

Hələlik bu kənddə səd çəkilməsə də Cənubi Osetiyanın təhlükəsizlik qüvvələri bu günlərdə orda da sərhəd lovhəsi qaldırıblar.

“Siz Xurvaletidə oldunuz və 21-ci əsrdə yeni Berlin divarını gördünüz. Bu gün Gürcüstanda Tsxinvali regionunu Gürcüstandan ayıran divardan çox danışılır”.-deyə Khidasheli vurğulayıb.

Khidasheli bu günlərdə Rusiyanın təkcə Gürcüstan yox, bütün Avropa üçün təhlükə olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG