Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

ABŞ-ın müdafiə naziri Ashton Carter Səudiyyə Ərəbistanına gedib.

Onun kral Salman və digər ölkə rəsmiləri ilə görüşü nəzərdə tutulur.

Carterin regiona səfərində məqsəd Vaşinqtonun yaxın şərq müttəfiqləri ilə İranın nüvə sazişini müzakirə etməkdir.

Carter iyulun 21-də İordaniyada bildirib ki, ABŞ və İsrail İranın regiona müdaxiləsinə qarşı mübarizədə eyni mövqedən çıxış edirlər.

O iyulun 20-də İsraildə baş nazir Benjamin Netanyahu ilə görüşüb.

İsrail İranla əldə edilmiş yekun nüvə sazişindən narahatdır və hesab edir ki, Tehrana qarşı sanksiyaların aradan qaldırılması, Hizbullah kimi terrorçu qrupların daha çox maliyələşməsinə səbəb ola bilər.

İsrail və bir sıra ərəb ölkələri İranı İraq, Suriya, livan və Yəməndəki proseslərə müdaxilə etməkdə günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG