Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:10

-

Birləşmiş Ştatlar Ukraynanın döyüş silahları ilə təchiz etmək və İraqda döyüş zonaları üzərinə hava zərbələri nəzarətçiləri qoymaq barədə “ciddi düşünməlidir”. Bunu general Mark Milley iyulun 21-də deyib. O, ordunun baş qərargah rəisi vəzifəsinə növbəti namizəddir. General Dəniz Korpusunun komandiri Joe Dunford-la razılaşdığını deyib. Hər ikisi bu fikirdədir ki, Rusiya böyük nüvə arsenalına və 2008-ci ildən bəri “çox, çox aqressiv” davranışına görə Birləşmiş Ştatlara böyük təhlükə yaradır.

“Gürcüstana hücum edib tutublar, Krımı tutublar, Ukraynaya hücum ediblər,” general Senatın Silahlı Xidmətlər Komitəsinə deyib. “Bu, narahatlıq yaradır”.

Ötən ildən bəri rusiyapərəst yaraqlıların Ukraynanı artilleriya və raket atəşinə tutmasına gəlincə, general deyib ki, “Kiyevi müdafiə döyüş avadanlığı ilə təchiz etməyin tərəfdarıyam”.

Birləşmiş Ştatlar Ukraynaya döyüş silahları ilə verməyin əleyhinədir, münaqişənin genişlənə biləcəyindən narahatdır. Ancaq Milley-nin bəyanatı göstərir ki, Pentaqon bu məsələni nəzərdən keçirə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG