Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:36

Rusiya holland zanbaqlarını qadağan edə bilər


Siyasi karikatura- Putin və Boeing

Siyasi karikatura- Putin və Boeing

-

Holland zanbaqları sanitar “təhlükə” yaradır və qadağan oluna bilər. Rusiyanın kənd təsərrüfatında təhlükəsizlik məsələlərinə baxan qurum iyulun 21-də bildirib.

Agentliyin məlumatına görə, Niderlanddan güllərin idxalına qadağa qoyulmasının “mümkünlük dərəcəsi yüksəkdir”.

Son vaxtlar Moskva ilə Haaqanın münasibətləri xeyli pisləşib. Ancaq Rusiya rəsmiləri bu addımın siyasi motivli olmadığını deyirlər.

Niderland Rusiyaya qarşı Avropanın sanksiyalarına qoşulub. Bir il öncə Ukrayna səmasında vurulmuş təyyarə qəzasının təhqiqatında rusiyapərəst yaraqlıların izinə düşüb.

“Bu, Kreml üçün gündəmdə duran məsələ deyil,” Rusiya prezidenti Vladimir Putin-in sözçüsü Dmitry Peskov deyib. Ondan soruşublar ki, mümkün qadağa ilə Niderlandın təyyarə qəzasının araşdırılması üçün tribunal yaradılması təklifi arasında əlaqə varmı.

“Bu məsələnin siyasiləşdirilməsinə tərəfdar deyiləm,” Peskov deyib.

Malayziya təyyarəsində həlak olan 298 nəfərin çoxu Niderlanddan idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG