Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:54

Suriyada Al-Qaeda əməliyyatçısı öldürülüb


Suriyada hava zərbəsindən sonra, arxiv fotosu

Suriyada hava zərbəsindən sonra, arxiv fotosu

-

İki həftə öncə Suriyada uzun müddət buradakı bazadan Qərbə qarşı terror hücumları planlaşdırmış Al-Qaeda əməliyyatçısı öldürülüb. Pentaqon məlumatı iyulun 21-də yayıb.

Muhsin al-Fadhli dünyada ən çox axtarılan şübhəli terrorçulardan biri idi. O, iyulun 8-də Suriyada Hələbdən qərbdə yerləşən Sarmada şəhərində maşında gedirmiş. Hava hücumu ilə qətlə yetirilib.

Fadhli 2002-ci ilin oktyabrında Küveytin Faylaka adalarında ABŞ dəniz piyadalarına qarşı hücumlarda iştirak edib. 2001-ci il 11 sentyabr terroru barədə öncədən bildiriş alan bir neçə inanılmış Al-Qaeda liderindən biri olub. Khorasan adlanan veteran Al-Qaeda əməliyyatçıları şəbəkəsinin lideri imiş, Birləşmiş Ştatlar və tərəfdaşlarına hücumlar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG