Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:04

Pis saç günü


Los Anceles İncəsənət Muzeyi
Los Anceles İncəsənət Muzeyi

- Muzeyi belə təbliğ etmək

Los Anceles İncəsənət Muzeyi (LACMA) klassik əsərləri İnternet fenomeninə (mem) çevirməkdən ötrü gənclər üçün olan Snapchat sosial şəbəkəsində paylaşır.

Amma əvvəlcə Muzey klassik rəsm əsərlərinin fotolarını çəkir, fotoların üzərinə pop mahnılardan, filmlərdən gülməli sitatlar, portretlərdəki insanların görünüşünə sataşaraq, “Pis saç günü” (gənclər üçün 2015-ci ildə çəkilmiş komediya filminin adıyla), “Noolub?!” kimi sözlər yazır.

Və bu, işə yarayır. Bir rəsmə 60 mindən artıq baxış olur.

“The Independent” qəzeti İncəsənət tarixçisi Bendor Grosvenor’a zəng edərək, bu məsələyə onun münasibətini soruşub. Tarixçi bunu bəyəndiyini deyib:

“Niyə də yox? Burda qazanmalı şeylər var ki, itirməli heç nə yoxdur. Bunlarla sənət dəyərsizləşə bilməz. Sənət ümumiyyətlə, dəyərsizləşə bilməz.

“Mona Liza” portreti pitsa qutularından tutmuş diş pastalarınadək hər şeyin üstünü bəzəyir, amma yenə də bütün dövrlərin ən böyük rəsm əsəri kimi hörmət görür.”

XS
SM
MD
LG