Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:17

- "Waterstones" Wimbledon dükanını bağlayır

Londonun "Waterstones" kitab dükanları şəbəkəsinin bir dükanı, - şəhərin daha çox asiyalı gəlmələrin yaşadığı Wimbledon ərazisindəki dükan gələn ay bağlanacaq.

Dükanın altı işçisi var, onlar şəbəkənin başqa dükanlarındakı işlərə keçiriləcək. Həmin dükanın son alış-veriş günü avqustun 15-i olacaq.

Elə bu yaxınlarda verdiyi bir bəyanatda ümumi şəbəkənin uğurlu satış fəaliyyətilə öyünən "Waterstones"-dan belə bir xəbər almaq təəccüblüdür.

Şəbəkə bir dükanının bağlanmasını həmin ərazidə kitab satışının "əhəmiyyətli dərəcədə az olmasıyla" izah edib.

Şirkətin buna görə təəssüfləndiyi bildirilir rəsmi məlumatda: "Waterstones dükanı Wimbledon'da uğurlu ola bilmədiyinə görə təəssüf edirik."

Günün bütün mövzuları

XS
SM
MD
LG