Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

-

Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ilqar Əliyev saxlanıb.

Bu barədə iyulun 21-də Gömrük Komitəsi məlumat yayıb.

Gömrük nəzarətindən keçərkən İlqar Əliyevə məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd bıçaq, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkarlanıb.

İlqar Əliyev «Yeni Sabah» qeyri-hökumət təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir.

Gömrük Komitəsi bildirir ki, faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

«Yeni Sabah» Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi 2010-cu ildə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından «Hamı üçün insan haqları» adlı layihə üçün 6 min 500 manat qrant alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG