Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37

Pentaqonun rəhbəri Ashtin Carter iyulun 21-də Qüdsdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşüb.

Görüşdə İranla nüvə sazişinə görə İsrailin narahatlığı müzakirə olunub.

Carter bundan əvvəl bildirib ki, İsrail Yaxın Şərqdə ABŞ-ın əsas strategiyası olaraq qalır və Vaşinqton onunla hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

İsrail hesab edir ki, İranla bu razılaşma Hizbullah və İsrailə qarşı olan digər radikal qrupların daha çox maliyələşməsinə səbəb ola bilər.

Carter regiona səfəri çərçivəsində İordaniya və Səudiyyə Ərəbistanına da baş çəkəcək.

İyulun 14-də Vyanada əldə edilmiş nüvə sazişində İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvi nəzərdə tutulur.

XS
SM
MD
LG