Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:45

-

Ötən həftə Azərbaycanda qüvvəyə minən «Reklam haqqında» yeni qanunla ölkədə SMS-reklamlar məhdudlaşdırılıb.

Bunu Report.az-a şərhində vəkil Əkrəm Həsənov deyib.

Bu o deməkdir ki, mobil telefonlara daha bezdirici və zərərli SMS-reklamlar gəlməyəcək

O qeyd edib ki, qanunun 23.1-ci maddəsində qeyd olunur ki, operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan yazılı müqavilə əsasında, yəni reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər: «Bu o deməkdir ki, mobil telefonlara daha bezdirici və zərərli SMS-reklamlar gəlməyəcək. Ona görə ki, mobil operatorların müştəriləri ilə mövcud müqavilələrində qanunun tələb etdiyi razılıq haqda müddəa bir qayda olaraq yoxdur».

Əkrəm Həsənov bununla belə, vətəndaşlara diqqətli olmağı məsləhət görür: “Əvvəla, bundan sonra vətəndaşlar mobil operatorlarla bağladığı müqaviləni diqqətlə oxumalıdır. Çünki qarşı tərəf həmin razılığı müqaviləyə sala bilər. Digər tərəfdən, qanuna zidd olaraq vətəndaşın telefonuna SMS-reklam daxil olsa, həmin istifadəçiyə müvafiq qurumlara şikayət etməyi məsləhət görərdim”.

Vəkildeyir ki, mobil operator “Reklam haqqında” qanunu pozsa, vətəndaş İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, habelə birbaşa məhkəməyə müraciət edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG