Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Türkiyədə terror aktı törətməkdə şübhəli bilinənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilib.

Bu barədə iyulun 21-də baş nazir Ahmet Davutoğlu məlumat verib.

Baş nazir Suriya sıərhəddi yaxınlığında törədilən terror aktı nəticəsində 32 nəfərin öldüyünü, 29 nəfərinsə xəstəxanaya götürüldüyünü deyib.

Davutoğlu bildirib ki, şübhəlilərin ölkə daxili və xaricdəki bütün əlaqələri araşdırılacaq.

Baş nazir qeyd edib ki, böyük ehtimala görə, onlar İslam Dövləti qrupu ilə əlbirdirlər.

Türkiyənin hakim dairələri iyulun 21-də Suriya sərhəddi boyunca təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edib.

İyulun 20-də Türkiyənin Suruc şəhərində yerli kürd fəalların toplaşdığı mədəniyyət mərkəzində güclü partlayış törədilib.

Bundan sonra hökuməti bu partlayışın təşkilində ittiham edən kürd fəallar İstanbulda etiraz aksiyasına çıxıblar.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG