Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27

-

İyulun 21-də Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi ilə bağlı birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Vəkillərin qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb.

Məhkəmə hesab edib ki, İntiqam Əliyevə qarşı ittihamlar birinci instansiya məhkəməsində öz sübutunu tapıb.

İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıq ittihamı ilə 7 il yarım azadlıqdan məhrum edib.

O, ittihamları rədd edir və həbsini siyasi motivli sayır.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG