Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:58

Xəqani-33-də yerləşən qurumlara yeni yerlər təklif edildi


Nə «Azadlıq» qəzeti, nə «Turan» İnformasiya Agentliyi, nə də AXCP təkliflərin heç birilə razı deyil

Nə «Azadlıq» qəzeti, nə «Turan» İnformasiya Agentliyi, nə də AXCP təkliflərin heç birilə razı deyil

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi noyabrın 16-da «Azadlıq» qəzeti, «Turan» İnformasiya Agentliyi və AXCP-yə yeni ünvanlarda yerlər təklif edib. Komitənin Mətbuat Xidmətinin rəhbəri Qulu Xəlilovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, «Turan» İnformasiya Agentliyinə Binəqədi rayonu, İlqar Dadaşov- 60 ünvanında Mətbuat Şurası və «Assa-İradə» İnformasiya Agentliyinin yerləşdiyi binada sahəsi 100 kv.m. olan qeyri-yaşayış sahəsi təklif olunub. «Azadlıq» qəzetinə isə «Azərbaycan» Nəşriyyatının 9-cu mərtəbəsində 120 kv.m.-lik yer təklif olunub. AXCP-yə isə iki yer təklif edilib - Suraxanı rayonu, «Günəşli» qəsəbəsinin D massivi 29 ünvanda yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsində 800 kv.m-lik yer və Nizami rayonu, «Keşlə» qəsəbəsində Məktəbli küçəsində yerləşən üçmərtəbəli binanın 2-ci mərtəbəsində 460 kv.m-lik sahə.

Cənab Xəlilov bildirir ki, təklif olunan yerlərin hamısı istifadə üçün tam yararlı vəziyyətdədir.


Nə «Azadlıq» qəzeti, nə «Turan» İnformasiya Agentliyi, nə də AXCP təkliflərin heç birilə razı deyil.


«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev: «Gedib küçədə oturaram, ancaq onların təklifini qəbul etmərəm».


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov da bu təklifi təhqir hesab edir.


AXCP isə bu təklifi qeyri-ciddi sayır. Partiyanın Mətbuat Xidmətinin rəhbəri İsaq Əvəzoğlu hesab edir ki, ən yaxşı variant onlara şəhərin mərkəzində qərargah verməkdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG