Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

-

1859-cu ilin isti yayı

Yazıçı Mark Twain’in (Mark Tven) ömürlük dostu John T. Moore’a 1859-cu ilin iyulunda yazdığı məktub. Cüzi ixtisarla.

"Daily Paris Review"-nun yazdığına görə, üstündən 20 il keçəndən sonra bu məktub ABŞ-da “The Arkansas Traveler” dərgisində çıxıb, dərhal ölkə boyu başqa qəzet və jurnallar də onu yayımlayıblar.

Bir neçə həftədən sonra isə adı çəkilən dərginin redaktoru Opie Read bu məktubun hiylə olduğunu, orijinal olmadığını bəyan edib.

Bu günsə Twain yaradıcılığının araşdırmaçıları bu məktubun əsil olduğuna, onun qələmindən çıxdığına, hiylə haqda bəyanatın özünün hiylə olduğuna inanırlar.

Memfis, 6 iyul, 1859

Əzizim John,

Sənin məktubunu isti havada aldım, üstəgəl, məktubdakı ilıqlıq, lap tərlədim. Bir neçə dəfə cavab yazmaq istədim, amma alınmadı.

İndi isə özümü bu xoş vəzifəni icra etmək üçün məcburi oturtmuşam.

İcazə ver deyim ki, bu, doğrudan da icbari işdir və yalnız dostluq nəzakətinə görə, onu xoş adlandırıram.

Fikirləşirəm ki, kaş istədiyimiz havanı qoymaq üçün bir üsulumuz olaydı; amma sonra deyirəm, elə olsa sonra işləmədən yaşamaq üçün də bir üsul istəyərdik.

Deyirəm, Adəm nə axmaq adam olub. Özünə görə hər şeyi olub; qonşuluqdakı ən gözəl qız onun olub, amma yenə də tamahından o zavallı almanı yeyib.

Ah, John, əgər onun yerində olsaydın, zəhmət tələb eləsə, almanı yeməzdin.

Sənin zəhmət çəkməkdən qaçdığını çox görmüşəm. Bizim aramızdakı fərq elə budur. Mən özümü zəhmətli işlərə vururam. İşləməyi sevirəm.

Axı işləməyə bir işim varsa, niyə özümə çəkilim, kölgəlikdə oturub növbəti həzz haqda xəyallara dalım.

Hərçənd, bəzən çox işləməkdən fikir məni aparır. Yox, aşiq olmamışam.

Dünən Vicksburg’da bir gənc xanım gördüm, istədim aşiq olum, amma John, hava sevgidən danışmaq üçün çox pis isti idi, bir sərin kölgəlik tapdım.

Ətirli suyun çağlayan fəvvarəsinin yanında həzzdən az qala, özümdən keçmiş kimi oldum. Belə şanlı və lüks ölümlə ölmək üçün dünyanı verərdim.

Sənin

Sam Clemens

Günün bütün mövzuları

XS
SM
MD
LG