Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:00

-

«Samsung»un uzun müddətdir haqqında danışılan planşetləri – «Galaxy Tab S2 9.7» və «Galaxy Tab S2 8.0» təqdim olundu.

Modellər daha çox incəliyi ilə diqqət çəkirlər. Naziklikləri 5.6 mm-dir.

Planşetlər 8 meqapiksel arxa , 2.1 meqapiksel ön kameraya sahibdirlər. Cihazlar Android 5.0 Lollipop əməliyyat sistemi ilə çalışırlar.

32 və 64 Gb-lıq yaddaş Mikro SD kartla 128 Gb-dək artırıla bilər.

Modellər bir-birindən ekran, batareya və çəkiləri ilə fərqlənirlər.

«Galaxy Tab S2 9.7» 9.7 düymlük 2048x1536 pikselliSuper AMOLED ekrana, 389 qram (Wifi), 392 qram (LTE) çəkiyə və 5870 mAh batareyaya sahibdir.

«Galaxy Tab S2 8.0» isə 8.0 düymlük 2048x1536 pikselli Super AMOLED ekran, 265 qram (Wifi) və 272 qram (LTE) çəkisi və 4000 mAh batareya ilə fərqlənir.

Planşetlər avqustun 15-dən satışa çıxarılacaq.

XS
SM
MD
LG