Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:17

Türkiyə təhlükəsizliyi gücləndirir


Partlayışdan sonra, 20 iyul, 2015-ci il

Partlayışdan sonra, 20 iyul, 2015-ci il

-

Türkiyə Suriya ilə sərhəddə təhlükəsizliyi gücləndirəcəyni deyir. Bir gün öncə kamikadzenin törətdiyi partlayışda azı 30 nəfər həlak olub, 100 nəfər yaralanıb.

İyulun 20-də Türkiyənin cənubşərqində Suruç şəhərindəki mədəniyyət mərkəzində partlayış törədilib. Bir qrup kürd fəal qonşu Suriyanın Kobani şəhərinin yenidənqurma planlarına dair mətbuat konfransı keçirirdi.

Kobanidə İslam Dövləti (İD) yaraqlıları ilə kürd döyüşçüləri arasında ağır döyüşlər gedir.

Baş nazir Ahmet Davutoglu bildirib ki, ilkin tapıntılar hücumun İD-nin əməli olduğunu göstərir. Onun sözlərinə görə, Türkiyə “İD-ə qarşı bütün vacib tədbirləri görməkdə davam edəcək”.

“Suriya sərhədimizdə tədbirlər gücləndiriləcək,” Davutoglu deyib.

İstanbulda polis kürd etirazçıların nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnağından və rezin güllələrdən istifadə edib. Kürdlər hücuma görə Türkiyə hökumətini ittiham edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG