Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

Rusiya alternativ qətnamə təqdim edir


Moskvada Niderland səfirliyi qarşısında anım mərasimi, 17 iyul, 2015-ci il

Moskvada Niderland səfirliyi qarşısında anım mərasimi, 17 iyul, 2015-ci il

-

Rusiya iyulun 20-də bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasına alternativ qətnamə təqdim edib. Rusiya Malayziya təyyarəsinin qəzaya uğramasını araşdırmaq üçün tribunal yaradılmasına qarşı çıxır. Boinq təyyarəsi bir il öncə Ukraynanın separatçıların nəzarətində olan ərazisi üzərində vurulub.

Niderland Malayziya və digər ölkələrlə birlikdə beynəlxalq tribunalın yaradılmasına çalışır. Həmin qəzada həlak olan 298 nəfərin əksəriyyəti Niderlanddan idi.

Rusiya və rusiyapərəst separatçılar təyyarəni hökumət qüvvələrinin vurduğunu iddia edir. Ancaq beynəlxalq təhqiqatın mediaya sızan məlumatlarına görə, təyyarəni separatçılar, yaxud rus əsgərləri BUK yer-hava raket ilə vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG