Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:28

- Dünya Ədəbiyyatından seçmə hekayələr

Bakumoz Kitab Evində "Facebook" sosial şəbəkəsinin ən böyük kitab təbliğatı qrupu olan Kitabsevərlər qrupunun yeni kitab layihəsi - “Şəhrizad” Şərq hekayələrindən ibarət Dünya Ədəbiyyatından Seçmə Hekayələr (D.Ə.S.H.) adlı toplunun təqdimatı baş tutub.

Kitabsevərlər qrupu

Kitabsevərlər qrupu

Qrup rəhbəri Rəşad Babalıdan aldığımız məlumata görə, topluda Nəcib Məhfuz, Amos Oz, Salman Rüşdi və Yasunari Kavabata kimi dünya şöhrətli yazarlarla bərabər doğma dilimizə hələ tərcümə olunmamış yazarların da hekayələri yer almışdır.

Hindistan, Pakistan, Misir, Yaponiya, Çin və başqa Şərq ölkələrinin ədəbiyyat nümunələrini əhatə edən “Şəhrizad” kitabı D.Ə.S.H seriyasının 2-ci cildi olaraq nəşr edilib.

Bu seriyanın 1-ci cildi olan “Həyatın qanunu” Qərb hekayələri toplusu bu ilin may ayında işıq üzü görmüşdü.

3-cü cild kimi nəzərdə tutulan uşaq hekayələrinin toplandığı kitab isə yaxın zamanlarda oxuculara təqdim ediləcək.

“Şəhrizad” hekayələr toplusu Kitabsevərlər qrupunun sayca 7-ci kitab layihəsidir.

Xüsusilə, gənc yazar və şairlərə dəstəyilə yadda qalan bu qrupun fəal heyəti bundan əvvəl amerikalı yazarlar Nikolas Sparksın “Gündəlik” və Harper Linin “Bülbülü öldürmək” kimi romanlarını çap etməyilə də oxucuları sevindirmişdi.

Azərbaycan oxucusuna ilk dəfə doğma dildə təqdim olunan “Şəhrizad” hekayələr toplusu iyulun 19-dan etibarən bütün kitabsevərlərin ixtiyarındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG