Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:30

BRICS bank açıldı


Vladimir Putin BRICS sammitin dən sonra mətbuat konfransında

Vladimir Putin BRICS sammitin dən sonra mətbuat konfransında

-

İyulun 21-də Şanxayda BRICS bankı açılıb.

BRICS ölkələri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarətdir. Onların yaratdığı Yeni İnkişaf Bankına Vaşinqtonda mənzillənən Beynəlxalq Valyuta Fondu və Dünya Bankına rəqib kimi baxırlar.

Bankın açılması barədə Çinin rəsmi Xinhua agentliyi xəbər yayıb. İki həftə öncə Rusiya prezidenti Vladimir Putin BRICS sammitinə ev sahibliyi edib.

Moskva bu banka və BRICS valyuta ehtiyatına ABŞ və Avropanın üstünlük təşkil etdiyi maliyyə sisteminə alternativ kimi baxır. Moskva Ukrayna böhranı səbəbindən böyük valyuta tərəddüdləri ilə üzləşib, sərmayə cəlbində çətinlik çəkib.

BRICS dövlətləri dünya əhalisinin 40 faizini təmsil edir və banka ilkin olaraq 100 milyard dollar yatırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG