Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Azərbaycan təkcə “qara qızıl”ın yox, elə əsl qızılın da ucuzlaşmasından nəzərəçarpacaq itkilərə məruz qalır.

Qızılın dünya bazarındakı qiyməti 2010-cu ildən bəri ən aşağı həddə çatıb. İndi qızılın bir unsiyası (28, 3 qram) 1088 dollardır.

Bəzi ekspertlərin fikrincə qızıl ucuzlaşmaqda davam edəcək. Onlar ilin sonunadək bir unsiyanın 1000 dollardan aşağı qiymətə satılacağına inanırlar.

“The İndependent” qəzeti yazır ki, qızılın ucuzlaşmasından ən çox itirən ölkələr son aylarda qızıl almaqla ehtiyatlarını artıran ölkələr, başlıca olaraq, Rusiya, Qazaxıstan, Azərbaycan və Türkiyədir.

Bu o deməkdir ki, bu ölkələrdə qızıla investisiya yatıranların mənfəətləri 5 il əvvəlkindən az olacaq.

Qəzet yazır ki, qızılın qiymətdən düşməsi həmçinin qızıl çıxaran ölkələrə mənfi təsir göstərir. Bunların arasında Azərbaycan da var.

Qızıl niyə ucuzlaşır?

Ekspertlərin fikrincə bunun əsas səbəbi odur ki, investorlar öz pullarını qiymətinin qalxacağı gözlənilən aktivlərə yatırırlar. Qızıl isə hazırda qiymətini itirməyə daha çox meyllidir.

Gədəbəy qızıl zavodu

Gədəbəy qızıl zavodu

ABŞ Federal Bankının sədri Janet Yellen bildirib ki, ilin sonunadək bank faizləri qaldırıla bilər. Bu, Amerika iqtisadiyyatının yüksəlişini göstərən əlamətdir. İqtisadiyyatla birlikdə dollar da güclənir.

Digər tərəfdən Yunanıstanın borcları ilə bağlı vəziyyətinin çözülməsinə olan ümidlər avroya və Avropa İttifaqının iqtisadiyyatına inamı artırıb.

Güclü valyutası olanlar qızıla can atmırlar.

Çin qızıl almır

Ekspertlərin qənaətinə görə qızılın qiymətdən düşməsinə təsir göstərən başqa bir amil Çin investorlarının böyük həcmlərdə qızıl satmalarıdır.

Elə ötən cümə günü Çin bildirib ki, onun qızıl ehtiyatı 6 il bundan əvvəlkindən 57 faiz artıqdır.

Qızıl investisiya üçün iqtisadi qeyri-müəyyənlik şəraitində daha cəlbedici olur.

Bəzi analitikıər deyirlər ki, qızıl uinvestorları Çinin bundan sonra qızıl almayacağını duyublar.

Əlbəttə, əgər dünyada qızılın ən böyük istehlakçısı olan Çin ehtiyatlarının çoxluğundan “gileylənirsə”, bu o deməkdir ki, hazırkı şəraitdə qızıl satmaq çətin olacaq.

Rusiyanın nümunəsi

Maliyyə ekspertləri bildirirlər ki, qızıl investisiya üçün iqtisadi qeyri-müəyyənlik şəraitində daha cəlbedici olur.

İnflyasiyanın yüksək olduğu, valyutanın öz dəyərini itirdiyi vaxtlarda da qızıla “salamat material” kimi baxılır, çünki o dəyərini başqa materiallardan daha yaxşı saxlayır.

Azərbaycan dünya bazarında qızılın intensiv alışına, əsasən Rusiyadan nümunə götürərərk başlamışdı.

Rusiya bu addımı rublun kəskin devalvasiyası zamanı atmışdı.

Sonradan manatın da ucuzlaşması baş verdi.

Qızıl ucuzlaşdıqca istehsal artır…

İndi Azərbaycan qızılın ucuzlaşmasından baş verən itkiləri minimuma endirmək üçün yerli qızl istehsalını da artırıb.

Ölkənin əsas qızıl istehsalçısı olan Anglo Asian Mining Plc 2014-cü ildə qızıl istehsalını 16 faiz artıraraq 60, 285 unsiyaya çatdırmışdı.

O vaxt qızılın unsiyası 1267 dollar idi. Hazırda bu qiymət az qala 1000 dollara enib.

İyul ayına olan məlumata görə, şirkət 2015-ci ilin ilk rübündə istehsalı 33 faiz artırıb.

İlin sonunadək 70-75 min unsiya qızılın istehsal olunacağı proqnozlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG